Nəzakət Məmmədova:"Kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub"
Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi "44 gün – Tarixi Zəfər" adlı kitabın II, III və IV cildlərinin təqdimat mərasimində Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaredaksiyanın ulu öndər Heydər Əliyevə həsr etdiyi nəşrdən də danışıb. "Redaksiyanın hazırladığı "Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır" kitabı Ümummilli Lider Heydəır Əliyevin 100 iliyi münasibətilə çap edilib, kitabda Ulu Öndərin həyat və fəaliyyəti geniş şəkildə xarakterizə olunub. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır"-deyə N. Məmmədova bildirib. İradə SARIYEVA Gəncə