EN

Əlçatan mənzillərə sərmayələr yatırmalıyıq BMT nin nümayəndəsi

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu bizim məsuliyyətimizdir ki, hüquqi öhdəlikləri yerinə yetirək. Bu o deməkdir ki, biz inklüziv, əlçatan mənzillərə sərmayələr yatırmalıyıq. İnklüziv məkanlar yaratmalıyıq ki, bütün gənclər həmin ərazidə inkişaf etsinlər.

"Unikal" xəbər verir ki, bunu BMT-nin gənclər ofisinin rəhbəri Felipe Pauller Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masadakı videomüraciətində deyib

Onun sözlərinə görə, yaşanıla bilən şəhərlər o deməkdir ki, onlar sağlam və inklüzivdir: "Orada çoxlu fürsətlər, imkanlar var. Bu şəhərlərdə mobillik çox asandır. Bütün nəqliyyata çıxışlar var. Bugün yaşanıla bilən şəhər dayanıqlı şəhər deməkdir. Bu gün gənclər öz icmalarını qorumaq istəyirlər, onlar yaradıcı formada həllər yaradırlar. Bəs, real güc haradan gəlir? Real güc, əlbəttə ki, qərarlardan, institutlardan gəlir. İstəyirəm ki, sözlərimi siyasətçilərə ünvanlayım. Xahiş edirəm, uşaqlara, gənclərə qulaq asın, onların həllərinə sərmayə yatırın, iştirak etdikləri effektiv institutlar qurun. Çünki biz onlarla birlikdə şəhərlər yaradacağıq, hansı ki, onlar üçün uyğun infrastruktur olacaq. Biz onlarla etimadı və ortaq gələcəyi qurmalıyıq. Gəlin, birlikdə elə şəhərlər quraq ki, təkcə yaşanıla bilən deyil, eyni zamanda, gənclərə və hamımıza aid olsun".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
unikal.az

2Sources