EN

Professor: Qloballaşma ada dövlətlərində mənzil böhranını dərinləşdirir

Qloballaşma ada dövlətlərində mənzil böhranını dərinləşdirir...

Poliqon xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Balear Adaları Universitetinin professoru Xesus Manuel Qonsales Peres deyib.

Professor bildirib ki, turizmdən yüksək asılı olan ada əraziləri sosial baxımdan həssas, ekoloji baxımdan kövrək və iqtisadi baxımdan cəlbedici məkanlara çevrilir. Onun sözlərinə görə, turizm, daşınmaz əmlak bazarı və şəhərsalma prosesləri bir-biri ilə sıx bağlıdır və qloballaşmanın təsirləri ilk növbədə yerli əhalinin mənzilə çıxışında özünü göstərir.

Xesus Manuel Qonsales Peres qeyd edib ki, turizmin sürətli inkişafı şəhərlərdə gentrifikasiyanı gücləndirir, qeyri-rəsmi yaşayış məntəqələrinin yaranmasına səbəb olur və mənzil əlçatanlığını azaldır.

Professor vurğulayıb ki, yerli əhali üçün mənzilə çıxışın qorunması ada dövlətlərinin qarşısında duran əsas çağırışlardan biridir.

Qloballaşma ada dövlətlərində mənzil böhranını dərinləşdirir.

Poliqon.info

 

Chosen
28
2
poliqon.info

3Sources