EN

Müasir şəhər problemlərinin yeni tip mütəxəssislərə ehtiyacı var

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müasir şəhər problemlərinin idarə olunması üçün fərqli sahələri birləşdirə bilən yeni tip mütəxəssislərə ehtiyac var.

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Akademiya və Tədqiqat Dəyirmi Masası” adlı panel sessiyada çıxışı zamanı Yerli Hökumətlər Forumunun Baş katibi Lucy Slack bildirib. 

O qeyd edib ki, mənzil və torpaq məsələlərinə yalnız ayrı-ayrı sahələr prizmasından yanaşmaq artıq kifayət etmir:

“Bu məsələlər dayanıqlılıq kontekstində və sistemli yanaşma ilə qiymətləndirilməlidir. Problemlərin mürəkkəbliyi və qarşılıqlı asılılığı nəzərə alınmalıdır.

Bu məqsədlə yeni peşəkar magistr proqramı hazırlanıb və burada “sistem inteqratoru” modeli tətbiq olunur.

İdeya ondan ibarətdir ki, mühəndis, memar, nəqliyyat planlayıcısı və ya digər sahələrdən gələn mütəxəssislər sonradan idarəetmə mövqelərinə yüksəlirlər və müxtəlif sahələrdən ibarət komandaları bir arada idarə etməli olurlar”.

Onun sözlərinə görə, belə mütəxəssislər resursları məhdud olan mürəkkəb institusional mühitdə həm dövlət qurumları, həm özəl sektor, həm də ictimai təşkilatlarla işləməyi bacarmalıdırlar.

“Ən vacib məsələ problemlərin düzgün müəyyənləşdirilməsidir. Bunun üçün müxtəlif məlumat bazalarını birləşdirmək, ortaq yanaşma formalaşdırmaq və həlləri birlikdə hazırlamaq lazımdır”.

Baş katib həmçinin vurğulayıb ki, təhsil prosesi yalnız klassik mühazirələrlə məhdudlaşmamalıdır:

“Tələbələr müxtəlif institusional mühitlərdə - bələdiyyələrdə, özəl sektorda və ictimai təşkilatlarda praktik fəaliyyətə cəlb olunmalıdırlar. Çünki fərqli institutların necə işlədiyini praktik şəkildə hiss etmədən mürəkkəb qərarların qəbulunu öyrənmək mümkün deyil”.

L.Slack onu da əlavə edib ki, hazırda tələbələrin və peşəkarların süni intellektlə işləmək bacarıqlarının inkişafı üzərində də iş aparılır:

“Texnologiyalar düşüncəni və qərarverməni əvəz etməməlidir. Məqsəd analitik imkanları gücləndirmək və etik qərarların qəbulunda insanlara dəstək verməkdir”, - deyə o qeyd edib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
modern.az

1Sources