EN

Bezos: "Vergilərimi iki qat artıra bilərsiniz, amma bu, sadə müəllimlərə kömək etməyəcək"

"Amazon" şirkətinin Direktorlar Şurasının sədri Ceff Bezos siyasətçiləri həddindən artıq zəngin insanları "demonizə etməkdə" (şeytanlaşdırmaqda) və ölkənin daha dərin iqtisadi problemlərindən diqqəti yayındırmaq üçün vergi mövzusundan bir vasitə kimi istifadə etməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, CNBC telekanalına müsahibə verən milyarder deyib ki, ondan alınan vergilərin əhəmiyyətli dərəcədə artırılması belə sıravi amerikalıların problemlərini həll etməyəcək.

"Mənim ödədiyim vergiləri iki dəfə artıra bilərsiniz, lakin bunun Kvinsdəki (Nyu-York) sadə bir müəllimə heç bir köməyi dəyməyəcək", — deyə Bezos bildirib.

Bezos ölkədə gəlir bərabərsizliyinin ciddi bir problem olaraq qaldığını etiraf etsə də, zənginlərə tətbiq edilən yüksək vergilərin bu məsələdə effektiv həll yolu olmadığı qənaətindədir.

Onun sözlərinə görə, ABŞ-da hazırda faktiki olaraq "iki fərqli iqtisadiyyat" mövcuddur: əhalinin bir hissəsi rifah içində yaşayır, digər hissəsi isə ciddi çətinliklərlə üz-üzədir.

Milyarder super zənginlərin vergisini artırmaq əvəzinə, az gəlirli işçilərin — məsələn, tibb bacıları və müəllimlərin vergi yükünün azaldılması barədə müzakirələr aparmağı təklif edib.

Qeyd edək ki, "Tax Policy Center"in məlumatına görə, 2024-cü ildə ABŞ-dakı ev təsərrüfatlarının təxminən 40%-i federal gəlir vergisi ödəməyib. Ceff Bezosun şəxsi sərvəti isə hazırda 270 milyard dollardan çox qiymətləndirilir.

Bizim.Media

Chosen
29
1
bizim.media

2Sources