EN

Əfsanələrin kameraarxası görüntüləri - Video

style='margin-bottom:10px;'>

“LEGO Group” 2026-cı il dünya çempionatı ilə bağlı hazırladığı reklam çarxının kameraarxası görüntülərini yayımlayıb.

QOL.az xəbər verir ki, videoda Kriştiano Ronaldo, Lionel Messi, Kilian Mbappe və Vinisius Junior yer alıb.

Daha əvvəl məşhur brend mundiala həsr olunan LEGO dəstlərinin reklamını təqdim etmişdi. Çarxda futbolçular turnirin kuboku üzərinə öz mini-fiqurlarını yerləşdirməyə çalışıblar.

Video LEGO-nun rəsmi “YouTube” kanalında paylaşılıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Chosen
34
1
teleqraf.com

2Sources