EN

Bakıda evsizlik probleminə həsr olunan Riçard Girin filmi təqdim olunub

Bakıda
Bakıda keçirilən WUF13 çərçivəsində Riçard Girin fondunun hazırladığı evsizlik probleminə həsr olunmuş film nümayiş etdirilib. 1news.az-ın müxbiri xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində xüsusi film nümayişi təşkil olunub. Evsizlik problemini gündəmə gətirən film Hollivud aktyoru Riçard Girin “The Gere Foundation” Fondu, İspaniyanın qeyri-kommersiya təşkilatı HOGAR SÍ və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə hazırlanıb.
Nümayiş başlamazdan əvvəl dünyaca məşhur aktyor forum iştirakçılarına videomüraciət edib. Riçard Gir çıxışında bu sahədə təcili qlobal tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Mənzil bütün digər hüquqların təməlidir. Təhlükəsiz ev olmadan nə sağlamlıq, nə təhsil, nə də sabit iş mümkündür. Evsizlik qaçılmaz deyil. Bu, dərin bir ədalətsizlikdir və insan ləyaqəti və həmrəylik naminə seçim edilərsə, onun öhdəsindən gəlmək mümkündür”. Qeyd edək ki, filmdə Riçard Gir və həyat yoldaşı Alehandra evsizlik problemi ilə şəxsən üzləşmiş, lakin daimi yaşayış yeri əldə etdikdən sonra həyatlarını tamamilə dəyişə bilmiş insanlarla söhbət edirlər.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumu mayın 17-dən 22-dək Azərbaycanın paytaxtında keçirilir.

Chosen
27
1news.az

1Sources