EN

"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Hakerlər məlumatlarınızı oğurlayır

"Telegram" və "WhatsApp" messencerləri istifadəçilərin şəxsi məlumatlarını gizlicə toplayır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edib.

Bildirilir ki, bu tətbiqlərdəki kritik boşluqlar səbəbindən kibercinayətkarlar smartfonlara casus proqramlar quraşdıra bilirlər. Messencerlərə quraşdırılmış xüsusi texnologiyalar istifadəçinin IP-ünvanını, yerini, cihazın parametrlərini və tətbiqdəki fəaliyyətini izləyir. Hakerlər həmçinin bu boşluqlardan istifadə edərək mobil cihazları uzaqdan idarə edə, şifrələmə açarlarını və şəxsi məlumatları oğurlaya bilirlər.

Rəsmi statistikaya görə, təkcə ötən il bu messencerlər vasitəsilə 258 mindən çox cinayət qeydə alınıb. Həmçinin xarici çağrı mərkəzləri "Telegram"dakı xüsusi "baza yoxlama" (probiv) xidmətləri vasitəsilə vətəndaşların fərdi məlumatlarını əldə edərək milyardlarla ziyan vurublar.

Hüquq-mühafizə orqanları qanunsuz məlumat satan platformalardan 200 terabaytdan çox informasiya müsadirə edib.

Chosen
18
publika.az

1Sources