EN

Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçiriləcək

4 iyun 2026-cı il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, artıq ölkənin aparıcı kibertəhlükəsizlik platformalarından birinə çevrilən forum dövlət qurumlarını, özəl sektor nümayəndələrini, beynəlxalq tərəfdaşları, texnologiya şirkətlərini və sahə üzrə ekspertləri bir araya gətirərək kibertəhlükəsizlik sahəsində aktual çağırışların və gələcək perspektivlərin müzakirəsi üçün mühüm əməkdaşlıq mühiti formalaşdıracaq.

Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlərin, aparıcı qlobal İT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulur.

Forumda rəqəmsal transformasiya dövründə yaranan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və kibermüdafiə sahəsində müasir yanaşmalar müzakirə olunacaq.

Bununla yanaşı, forum çərçivəsində keçiriləcək panel sessiyalarında və təqdimatlarda:

- kibertəhlükəsizlik sahəsində aktual risklər,

- innovativ həllər və qabaqcıl texnologiyalar,

- qlobal texnoloji trendlər,

- beynəlxalq təcrübələr və uğurlu praktiki nümunələr ətrafında fikir mübadiləsi aparılacaq.

Forum iştirakçıları üçün xüsusi sərgi zonası da təşkil ediləcək. Sərgidə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər öz məhsul və xidmətlərini, innovativ texnologiyalarını və startap həllərini nümayiş etdirəcəklər.

“4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun ölkədə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin güclənməsinə, eləcə də rəqəmsal təhlükəsizlik üzrə yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Forum haqqında daha ətraflı məlumatı  www.cyberforum.az saytından əldə etmək mümkündür.

Bizim.Media

Chosen
9
6
bizim.media

7Sources