Bakı, 21 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı tədbirlər keçirilən ərazinin yaxınlığında uşaqlar üçün oyun mərkəzi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, WUF13 çərçivəsində təşkil edilən bu xüsusi məkanda uşaqların asudə vaxtının səmərəli keçirilməsi və əyləncəsi üçün hər bir şərait yaradılıb.
Beynəlxalq tədbir çərçivəsində fəaliyyət göstərən bu zonanın əsas məqsədi azyaşlı qonaqların təhlükəsiz və xoş mühitdə vaxt keçirmələrinə şərait yaratmaqdır.
AZƏRTAC-ın fotoqrafının uşaqlar üçün oyun mərkəzində çəkdiyi fotoları təqdim edirik.
Fotoqraf - Əziz Kərimov