EN

Suriya ilk dəfə G7 sammitində iştirak edəcək

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriya gələn ay Fransada keçiriləcək G7 sammitində iştiraka dəvət edilib.

525.az xəbər verir ki, bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, prezident Əhməd əl-Şaraa tədbirə dəvət alıb və Suriya ilk dəfə G7 sammitinə qatılacaq.  Dəvət bu həftə maliyyə danışıqları üçün Parisdə olan Suriyanın maliyyə naziri Yusru Barniya təqdim edilib.

Suriya rəsmilərindən biri deyib ki, ölkənin danışıqlarda iştirakı, xüsusən də Hörmüz boğazından keçidlə bağlı problemlər ortaya çıxdıqdan sonra, təchizat zəncirləri üçün potensial strateji mərkəz kimi rolunu təqdim etməyə yönələcək.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
525.az

1Sources