EN

Koreya səfiri İOM rəsmisi ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Avropa və Mərkəzi Asiya Regional Ofisinin direktor müavini Dragan Aleksoski ilə görüşüb.

Hafta.az yazır ki, görüş zamanı, hazırda KOICA-nın IOM ilə birgə həyata keçirdiyi kəhrizlərin bərpası layihəsini müzakirə edilib.

Tərəflər KOICA-nın üçüncü mərhələ kəhriz bərpası layihəsinin Azərbaycan hökumətinin diqqət və dəstəyi ilə həyata keçirildiyi barədə ortaq mövqe ifadə edib, layihənin uğurlu icrası üçün birgə səyləri davam etdirmək barədə razılığa gəliblər.

Chosen
14
hafta.az

1Sources