EN

Ebola ilə bağlı Konqo və Uqandaya səyahət məhdudiyyəti tövsiyə olunmur - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola epidemiyası ilə bağlı mövcud məlumatları nəzərdən keçirdikdən sonra hazırda Konqo Demokratik Respublikası və Uqandaya səyahət məhdudiyyətləri tətbiq etməyi tövsiyə etmir.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın Rusiya nümayəndəliyi məlumat yayıb.

ÜST RİA Novosti agentliyinə bildirib ki, mövcud epidemiyanın yayılmasına dair məlumatlara əsasən, Konqo Demokratik Respublikası və ya Uqandaya ticarət və səyahətlə bağlı heç bir məhdudiyyət tövsiyə edilmir.

Qeyd edək ki, Ebola qızdırması filovirusun yaratdığı kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin əsas əlamətləri qızdırma, zəiflik, əzələ və boğaz ağrısı, baş ağrısı, qarın ağrısı, qusma, ishal, səpgi və bəzi hallarda qanaxmadır.

Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada Ebola epidemiyasını beynəlxalq səviyyədə narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Məlumata görə, virusdan ölənlərin sayı 139-a çatıb, 600-dən çox yoluxma halı təsdiqlənib.

Aminə ŞAHSUVARQIZI

Chosen
15
redaktor.az

1Sources