Dünyada ixtisaslı şəhərsalma mütəxəssislərinin ciddi çatışmazlığı var.
APA xəbər verir ki, bunu Beynəlxalq Şəhər və Regional Planlaşdırıcılar Cəmiyyətindən (ISOCARP) olan nümayəndə Frenk Dhondt WUF13 çərçivəsində keçirilən tədbirlərdən birində deyib.
D’hondtun sözlərinə görə, Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsi üçün kifayət qədər peşəkar planlaşdırıcı yoxdur.
ISOCARP nümayəndəsi əlavə edib ki, bu sahədə dəqiq statistikanın və genişmiqyaslı araşdırmaların olmaması problemin real miqyasını müəyyənləşdirməyi çətinləşdirir.
Frank D’hondt bildirib ki, təşkilat potensial inkişafı məsələsinə yeni yanaşma tətbiq etməyə çalışır. Onun sözlərinə görə, yalnız fərdi təlimlər yox, daha sistemli və metodoloji əsaslı potensial inkişafı mexanizmləri hazırlanmalıdır.
O, şəhərsalma proseslərində olduğu kimi, insan resurslarının inkişafının da mərhələli və planlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.