EN

MİDA indiyədək 19 layihə reallaşdırıb: statistika açıqlandı

MİDA indiyədək 19 layihə reallaşdırıb: statistika açıqlandı

Mənzil İnşaatı Dövlət Agentliyi indiyədək 19 layihə həyata keçirib və bu günə qədər 11 layihə üzrə tikinti işləri tamamlanıb.

AFN.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyində Aparat rəhbəri Cəmşid Əmirov Azərbaycan Pavilyonunda Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinı görə, bu layihələr çərçivəsində 14 mindən çox əlçatan mənzil istifadəyə verilib. Eyni zamanda məmnunluqla qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərdə üç layihənin icrası da artıq başa çatdırılıb.

Fəaliyyətimizin əsas mərhələlərinə nəzər salsaq, ilk olaraq agentlik gələcək layihələrin həyata keçirilməsi üçün əlverişli torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədilə davamlı araşdırmalar aparır. Bu zaman iş yerlərinə yaxınlıq və ekoloji baxımdan təmiz ərazilərin seçilməsi xüsusi önəm daşıyır.

İkinci mərhələdə müvafiq torpaq sahələrinin ayrılması üçün dövlət qurumlarına müraciət edilir. Torpaq sahələri ayrıldıqdan sonra isə layihələndirmə prosesində tikinti standartları, təhlükəsizlik tələbləri və enerji səmərəliliyi kimi amillərə xüsusi diqqət yetirilir”.

Tamamlanmış layihələrdən danışan Aparat rəhbəri qeyd edib ki, onların bir hissəsi Bakını, digərləri isə Sumqayıt, Lənkəran, Şirvan, Yevlax şəhərləri və Gəncə bölgəsini əhatə edir: “Mənzillərin üstünlüklərinə gəldikdə isə, bir sıra mühüm məqamları qeyd etmək olar. Belə ki, vətəndaşlara təklif olunan mənzillərin qiyməti bazar dəyərindən təxminən 25 faiz və ya daha çox aşağıdır. Bundan əlavə, aşağı faizli uzunmüddətli ipoteka krediti imkanından istifadə etmək mümkündür. Bu halda ilkin ödəniş məbləğin cəmi 10 faizini təşkil edir.

C.Əmirov qeyd edib ki, layihələndirmə zamanı sosial infrastruktur amilləri də nəzərə alınır: "Buraya məktəblər, uşaq bağçaları, zəruri hallarda tibb müəssisələri, geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları və velosiped yolları daxildir. Komplekslərin ictimai nəqliyyata çıxışı da təmin olunur. Bu gün texnologiyalar dövlət idarəçiliyinə daha yüksək səmərəlilik əldə etmək üçün geniş imkanlar yaradır. Bu yanaşmadan istifadə edərək, biz rəqəmsal həlləri də inkişaf etdirmişik”.

Chosen
17
afn.az

1Sources