EN

KOBİA sədri: WUF13 Azərbaycanın şəhər innovasiyaları sahəsində artan rolununun yüksək qiymətləndirildiyinin göstəricisidir

Bakı, 21 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın dayanıqlı urbanizasiya, iqlim dayanıqlığı və şəhər innovasiyaları sahəsində artan rolunu yüksək qiymətləndirdiyinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.

“Bu nüfuzlu forum təcrübə mübadiləsi aparmaq, beynəlxalq tərəfdaşlıqları gücləndirmək və gələcəyin şəhərləri üçün innovativ həlləri müəyyənləşdirmək baxımından mühüm platformadır”, - deyə Orxan Məmmədov əlavə edib.

Fotoqraf – İlkin Cavanşirov

Chosen
14
1
azertag.az

2Sources