EN

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün MÜHÜM XƏBƏR

İş
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılıb. 1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə seçim zamanı diqqətli olmaları və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamaları tövsiyə olunur.

Chosen
6
41
1news.az

10Sources