EN

Deputat: WUF13 Bakının qlobal şəhərlər xəritəsində mövqeyini daha da gücləndirir

WUF13 kimi qlobal miqyaslı bir tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu cür platformalar ölkəmizi yalnız regionun deyil, həm də qlobal müzakirə məkanının fəal iştirakçısı kimi təqdim edir:

"Eyni zamanda, şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi üçün real imkanlar yaradır. Bakı üçün isə bu, həm imic, həm də gələcək inkişaf strategiyalarının formalaşdırılması baxımından əlavə stimul deməkdir".

Həmsöhbətimiz qeyd edib ki, dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlar Azərbaycanın dayanıqlı inkişaf, müasir infrastruktur quruculuğu və balanslı regional inkişaf sahəsində əldə etdiyi nəticələrin vurğulanması idi:

"Bununla yanaşı, post-münaqişə dövründə azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqi xüsusi olaraq qeyd olundu. Bu, Azərbaycanın gələcəyə baxışını və inkişaf modelini beynəlxalq auditoriyaya aydın şəkildə təqdim edən mühüm mesaj idi".

O əlavə edib ki, WUF13 Bakının qlobal şəhərlər xəritəsində mövqeyini daha da gücləndirən və ölkəmizin inkişaf gündəliyini dünyaya çatdıran əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər.

Chosen
43
sabahinfo.az

1Sources