EN

"Qarabağ" Bakıya çağırdı, bu gün imzanı atacaqlar - Üç illik müqavilə

"Qarabağ"ın yeni transferi Zakariya Savo bu gün Azərbaycanda olacaq.

Ağdam klubu qambiyalı hücumçunu əvvəlcə tibbi baxışdan keçirəcək.

Afrikalı forvardın sağlıq durumunda bir problem aşkarlanmasa, tərəflər arasında 3 illik müqavilə imzalanacaq.

O, son olaraq AEL-də (Kipr) icarə əsasında çıxış edib. Kiprlilərlə anlaşması bu ayın sonunda bitəcək Savo "Yurqorden"ə məxsusdur.

"Qarabağ"ın 26 yaşlı afrikalıya görə İsveç klubu ilə apardığı danışıqlar dünən yekunlaşıb.

Zakariya Savo bu ilin yanvarında AEL-ə icarəyə verilib. Qambiya millisinin üzvü Limassol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" üç gün öncə fransalı vinger Jali Muaddibi sıralarına qatıb. "Omoniya"dan (Kipr) gələn 25 yaşlı legionerlə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Chosen
22
1
sportinfo.az

2Sources