EN

UN-Habitat: Gənclərin problemləri müəyyənləşdirməsi üçün üzunmüddətli mexanizmlər yaradılmalıdır

Şəhərlər layihələndirilərkən icmalar, xüsusilə də gənclər və vətəndaş cəmiyyəti yalnız faydalanan tərəf kimi deyil, şəhərlərin və qərarvermə proseslərinin birgə yaradıcısı kimi prosesə daxil edilməlidir.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı və İnklüziv Şəhərlərin İnkişafında Gənclər və Vətəndaş Cəmiyyəti Liderliyi" adlı tədbirdə UN-Habitat-ın Vəkillik və Tədbirlər üzrə Məsləhətçisi Məleykə Tağızadə bildirib.

“Əməkdaşlığı gücləndirməyin ən təsirli yollarından biri münasibətlərin sadəcə simvolik iştirak səviyyəsində qalmamasıdır. Çünki çox vaxt insanları tədbirlərə dəvət edirik, onlara “siz liderlərsiniz, şəhərlərin gələcəyisiniz” deyirik, onlar gəlib auditoriyada dinləyir və gedirlər. Bununla da hər şey bitmiş olur”, - Məleykə Tağızadə qeyd edib.

Onun sözlərinə görə, elə bir strukturlaşdırılmış model qurulmalıdır ki, insanlar doğrudan da qərarların qəbulunda iştirak etdiklərini hiss etsinlər.

“Uzunmüddətli mexanizmlər yaradılmalıdır ki, gənclər təşkilatları, QHT-lər və akademik dairələr bir araya gələrək problemləri müəyyənləşdirsin, onların həlli yollarını müzakirə etsin və bu proseslərdə kimlərin iştirak etməsinin vacib olduğunu birlikdə qərarlaşdırsınlar”, - Məleykə Tağızadə vurğulayıb.

Chosen
48
apa.az

1Sources