EN

“İdman paytaxtı”nda yürüş və düşərgə

Qazax rayonunun 2026-cı il üçün “İdman paytaxtı” seçilməsi münasibətilə Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 27–29 may tarixlərində Qazax rayonunda xüsusi düşərgə və yürüş proqramı təşkil olunacaq.

Üç gün davam edəcək tədbir iştirakçılara həm macəra, həm idman, həm də təbiətlə vəhdət hissini yaşadacaq. Proqram çərçivəsində iştirakçılar Qazaxın füsunkar təbiəti, tarixi məkanları və dağ marşrutları ilə tanış olacaq, qayalara dırmanma və yürüş fəaliyyətlərində iştirak edəcəklər.

Düşərgə Qazax rayonunun Qarasu gölü ərazisində qurulacaq. Növbəti gün Damcılı bulaqdan başlayaraq Avey məbədi, Qızılqaya dağı, mağaralar və Göyəzən dağı istiqamətində yürüş həyata keçiriləcək.

Marşrut boyunca iştirakçılar üçün foto dayanacaqları, istirahət və təbiət müşahidələri nəzərdə tutulur.

Qabil YUSİFOĞLU
XQ

Chosen
22
xalqqazeti.az

1Sources