EN

Mpilo Nqubane: İnkişaf etmiş ölkələr qlobal yaşayış böhranının həllində dəstək olmalıdır

Bakı, 21 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qlobal yaşayış böhranı və dayanıqlı infrastrukturun qurulması məsələləri diqqət mərkəzindədir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Cənubi Afrikanın Təlim və Tədqiqat Mərkəzinin icraçı direktoru professor Mpilo Nqubane deyib. “Bu müzakirələr bizə icmalarımızı, xüsusən də şəhərlərimizi düzgün şəkildə planlaşdırmaq üçün mühüm fikirlər qazandırdı. Forumda öyrəndiyimiz ən vacib məqamlardan biri də inkişaf etmiş ölkələrin qlobal yaşayış böhranının həllində inkişaf etməkdə olan dövlətlərə dəstək verməsinin zəruriliyidir. Dünyada hələ də lazımlı yaşayış şəraiti ilə təmin olunmayan çox sayda insan var və onların əlverişsiz mühit səbəbindən daşqınların, eləcə də iqlim dəyişikliyinin fəsadlarının qurbanına çevrilib”,- deyə M.Nqubane əlavə edib.

Müxbir - Mehrac Ağasiyev
Foto - Səfiyar Məcnun
Chosen
17
azertag.az

1Sources