Rusiyalı reper Faraon (Qleb Qolubin) narkotik maddələrin təbliği maddəsinə əsasən 80 min rubl (1923 manat) cərimələnib.
Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məhkəmə materiallarına istinadən məlumat yayıb.
Sənədlərdən bəlli olur ki, hazırda reperin üzərində başa çatmamış hər hansı başqa icra işi yoxdur.
Qeyd edək ki, mart ayında Moskva məhkəməsi Qolubini internet vasitəsilə narkotik istifadəsini təbliğ etməkdə təqsirli bilmişdi. Buna səbəb ifaçının "Diko, naprimer", "10:13", "Dlya nasiliya" və "1 iz leqend" adlı mahnıları olub. Musiqiçi özü isə məhkəmə iclasında iştirak etməmişdi.
Vəkil Sergey Jorin məsələ ilə bağlı bildirib ki, musiqiçilərin yaradıcılığında hər hansı təbliğat faktını sübut etmək təcrübədə elə də çətin deyil. Çünki qanunvericilikdəki ifadələr kifayət qədər əhatəlidir və məhkəmələr qərar çıxararkən əsasən ekspertiza rəylərinə əsaslanırlar.