EN

İrandan ABŞ-nin hərbi əməliyyatlarla bağlı təklifinə REAKSİYA

İran ABŞ-nin hərbi əməliyyatların dayandırılmasına dair irəli sürülən təkliflə bağlı göndərdiyi rəyləri nəzərdən keçirir.

Bu barədə "Nour News" agentliyi İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadən məlumat yayıb.

"İranın təqdim etdiyi 14 bəndlik mətn əsasında dəfələrlə mesaj mübadiləsi aparılıb. Biz Amerika tərəfinin mövqeyinin məzmununu əldə etmişik və hazırda onu təhlil edirik", - deyə o bildirib.

Xatırladaq ki, mayın 18-də "Tasnim" agentliyi Pakistanın vasitəçiliyi ilə İranın münaqişənin tənzimlənməsi üzrə 14 bənddən ibarət yeni layihəsinin ABŞ-yə çatdırıldığını xəbər vermişdi. Məlumata əsasən, sənəddə əsas diqqət hərbi toqquşmaların dayandırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi addımlarına yönəldilib.
Chosen
2
2
7news.az

3Sources