EN

İranın Ali rəhbəri haradadır?

İranın Ali rəhbəri Müctəba Xameneinin aylarla ictimaiyyət qarşısında görünməməsindən sonra İran rəsmiləri onun sağlam və ölkəyə rəhbərlik etdiyini göstərən mesajlar yaymağa başlayıblar.

Missiya.Az xəbər verir ki, bu barədəFinancial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, rəsmilər son həftələrdə onun vəziyyəti ilə bağlı daha çox açıqlama verərək həm daxili ictimaiyyətə, həm də xarici tərəflərə onun nəzarəti itirmədiyi barədə siqnal göndərməyə çalışırlar:

“Bu mesajlar ölkədə siyasi qeyri-müəyyənlik artdığı bir dövrdə idarəetmənin sabit olduğunu göstərmək məqsədi daşıyır”, - deyə vurğulanıb.

Qeyd olunub ki, nüvə proqramı və Hörmüz boğazı ətrafında gərginlik fonunda Tehran rəhbərliyinin qərarvermə mərkəzində kimin real təsirə malik olduğu barədə suallar da güclənir.

Daşqın HəsənovMissiya.Az

Chosen
21
missiya.az

1Sources