EN

Qazaxıstanlı ekspert: “WUF13 beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır”  

“Mərkəzimiz 2020-ci ildən fəaliyyət göstərir. Biz paytaxt rəhbərliyinə yeni ideyaların həyata keçirilməsində dəstək oluruq”.

Bu fikirləri Musavat.com-a açıqlamasında “Urban Expo”da Qazaxıstan pavilyonunda Astana Şəhər Urbanizasiya Mərkəzinin nümayəndəsi Baxtiyar Bekenov bildirib.

Qazaxıstanlı qonaq qeyd edib ki, mərkəz ictimai və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir:

“Beynəlxalq sərgilərdə, seminar və forumlarda iştirak etməyə çalışırıq ki, daha çox təcrübə qazandıq. Məqsədimiz beynəlxalq şirkətləri cəlb edərək onların təcrübəsini iqlimimizə və şəhərsalma standartlarımıza uyğunlaşdırmaqdır. Demək olar ki, Qazaxıstanın bütün şəhərlərində belə mərkəzlər fəaliyyət göstərir. Landşaft memarları, dizaynerlər, şəhərsalma ekspertləri, aqronomlar və digər sahələr üzrə mütəxəssislər bir komanda şəklində şəhərlərin dayanıqlı inkişafı üçün çalışırlar”.

Qazaxıstanlı qonaq WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib: “Bu, çox gözəl təcrübədir”, deyə o əlavə edib.

Nigar Həsənli
Musavat.com

Chosen
7
musavat.com

1Sources