“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” Laçın şəhərində inşa olunacaq “ASAN xidmət” mərkəzi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınmasını həyata keçirib.
Satınalma çərçivəsində qalib şirkət “Amazone MMC” olub.
Müqaviləyə əsasən, Laçın şəhərində “ASAN xidmət” mərkəzinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işləri şirkət tərəfindən icra ediləcək.
Layihənin dəyəri 378 868 manat təşkil edir.