İran atəşkəs dövründə bəzi dron istehsalını yenidən başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış mənbələr məlumat yayıb.
ABŞ və İsrailin hücumları nəticəsində zədələnmiş hərbi imkanların Tehranın gözləniləndən daha sürətli şəkildə bərpa etdiyini göstərir.
Dörd mənbənin bildirdiyinə görə, ABŞ kəşfiyyatı İran ordusunun ilkin proqnozlardan daha sürətli şəkildə yenidən qurulduğunu göstərən məlumatlar əldə edib.
ABŞ kəşfiyyatının bəzi qiymətləndirmələrinə əsasən, İranın dron hücum qabiliyyətini tam bərpa etməsi təxminən altı ay çəkə bilər.
Rəsmi şəxslərdən biri bildirib ki, “İranlılar bərpa üçün nəzərdə tutulan bütün müddətləri aşıblar”.
Pentaqonun baş sözçüsü Şon Parnell CNN-ə açıqlamasında ABŞ ordusunun dünyanın ən güclü qüvvəsi olduğunu bildirib və əlavə edib ki, ordu prezidentin qərar verdiyi vaxt və məkanda əməliyyat keçirməyə tam hazırdır.
O, həmçinin qeyd edib ki, ABŞ qüvvələri milli maraqların və vətəndaşların müdafiəsi üçün müxtəlif əməliyyatlar həyata keçirməyə davam edir.
Aminə ŞAHSUVARQIZI