EN

"Yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz" - Anaklaudia Rossbax



Hazırda qlobal məsələlərdən biri getdikcə bahalaşan torpaq qiymətləridir. Bu, mənzil tikintisi üçün səmərəli torpaq siyasəti tələb edir.

Bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş" mövzusunda paneldə deyib.

O, bildirib ki, yerli və beynəlxalq maliyyə olmadan heç bir ölkə torpaq böhranından çıxa bilməz: “Yerli maliyyə sayəsində 100 milyon insanı yoxsulluqdan çıxara bilən Çin və ABŞ kimi nümunələr var. Ölkədə şəhər infrastrukturu yaratmaq lazımdır. Evlər, mənzillər çox bahalıdır. Bütün dünyada vəziyyət eynidir. Belə olan halda dövlətlər hansısa güzəştlər, subsidiyalar tətbiq etməlidir. Əməkhaqları aşağı olan ölkələrdə subsidiyalar daha çox lazımdır. Çünki həmin əməkhaqqı ilə mənzil almaq mümkün deyil".

Chosen
1
2
baki-xeber.com

3Sources