EN

Səhnədə marixuana çəkən reper AXTARIŞA VERİLDİ

Rumıniya polisi reper Wiz Khalifanı axtarışa verib, onu 9 aylıq həbs gözləyir.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rumıniya hüquq-mühafizə orqanları məşhur amerikalı reper Viz Xəlifə (Wiz Khalifa) narkotik vasitə saxladığı üçün axtarışa verib.

İfaçını yerli qanunlara əsasən 9 ayadək həbs cəzası gözləyir.

Xatırladaq ki, hadisə 2024-cü ildə baş verib. Reper “Beach, please!” festivalı zamanı səhnədə marixuana çəkdiyi üçün Kostineşti kurortunda saxlanılmışdı.

İfaçının üzərində aparılan axtarış zamanı 18 qram narkotik vasitə aşkar edilmişdi. İstintaq hərəkətləri dövründə o, sərbəst buraxılmış və ölkəni tərk etmişdi.

Hazırda reperin axtarışı davam edir və məhkəmənin müvafiq qərarı qüvvədə qalır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
27
interpress.az

1Sources