EN

WUF13-ə 175 ölkədən 38 mindən çox iştirakçı qatılıb

WUF13-ə 175 ölkədən 38 mindən çox iştirakçı qatılıb...

Poliqon xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən gündəlik media brifinqində UN-Habitat-ın Kommunikasiyalar şöbəsinin rəhbəri Yekaterina Mizqaçina deyib.

O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk dörd günü ərzində tədbirdə 175-dən çox ölkədən 38 mindən artıq iştirakçı iştirak edib.

Yekaterina Mizqaçinanın sözlərinə görə, forumu işıqlandırmaq üçün 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

UN-Habitat rəsmisi qeyd edib ki, forumun dördüncü günü mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhər inkişafı mövzularına həsr olunub.

O vurğulayıb ki, sessiyalarda şəhərlərin iqlim risklərinə uyğunlaşması, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası və heç kimin kənarda qalmadığı mənzil həlləri müzakirə edilib.

Yekaterina Mizqaçina əlavə edib ki, müzakirələr mənzil siyasəti ilə iqlim fəaliyyətinin əlaqələndirilməsi, sosial kirayə mənzil modelləri, şəhər bərpası, mədəni irsin qorunması və elmi məlumatların praktik qərarlara çevrilməsi kimi istiqamətlərə fokuslanıb.

Poliqon.info

Chosen
2
7
poliqon.info

8Sources