ABŞ prezidenti Donald Tramp "ABŞ-ın buzqıran donanması yalnız bir köhnəlmiş gəmidən ibarətdir,. Rusiyada isə təxminən 50 buzqıran gəmi var", deyənləri haqlı hesab edib.
"Biz bu sinif gəmilərin tikintisini mənimsəyəcəyik və çoxlu buzqıran gəmilərimiz olacaq. Bilirsiniz, Rusiyanın 48-i var, bizdə isə bir dənə var, və o çox köhnədir. Bu, sadəcə düzgün deyil", - deyə o, Konnektikut ştatının Qroton şəhərində ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxış edərkən bildirib.
"Bizim bütün Arktikamız, bütün regionumuz var və çox tezliklə böyük bir donanmamız olacaq və onlar çox tez gəlməyə başlayır. Bundan sonra daha da irəli gedəcəyik. Qısa müddətdə ən azı 55 gəmimiz olacaq", - deyə Amerika lideri əlavə etdi.
Yanvar ayında ABŞ Sahil Mühafizəsi komandanı admiral Kevin Landay Konqresdəki dinləmədə ABŞ-ın Finlandiyadan iki buzqıran gəmi sifariş etdiyini və Amerika gəmiqayırma zavodlarında daha dördünün tikiləcəyini elan etdi. O, həmçinin daha beş buzqıran gəmi üçün müqavilənin tezliklə bağlanacağını və tikintisi planlaşdırılan ümumi gəmilərin sayının 11-ə çatacağını bildirdi. Landay həmçinin əlavə etdi ki, ABŞ-ın yalnız üç buzqıran gəmisi var və onlardan yalnız biri 50 il əvvəl suya buraxılan ağır yük gəmisi olan "Polar Star"dır.
Əziz Mustafa