EN

Bakı-Tbilisi qatarına biletlərin qiyməti ilə bağlı ADY-dən AÇIQLAMA

"Hazırkı qiymətləri 2019-cu ildəki qiymətlərlə müqayisə etmək doğru deyil".

Bizim.Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, siniflər artıq əvvəlki kimi deyil, daha yüksək, daha komfortlu siniflərdir.

“Bundan başqa son altı ildə xüsusilə pandemiya dövründə qlobal inflyasiya, yanacağın, elektrik enerjisinin qiymətlərinin artması ümumiyyətlə bütün dünya üzrə dünya dəmir yolu nəqliyyatında tariflərin artması təbii ki, qiymətlərin yüksəlməsinə təsir edib.

B. Hacıyev vurğulayıb ki, ADY növbəti mərhələdə daha uyğun tariflərlə sinifləri düşünür ki, büdcəli sərnişinlər üçün daha münasib olsun.

Qeyd edək ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə gedişhaqqı məsafədən asılı olaraq komfort sinfi üzrə 51 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 81 AZN, Yevlaxdan 67 AZN, Gəncədən 62 AZN, Ağstafadan isə 57 AZN-dir. Böyük Kəsikdən Qardabani stansiyasına isə 51 AZN təşkil edir.

Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

Chosen
6
32
bizim.media

10Sources