EN

AZAL-ın təyyarə qəzasında həlak olanların yaxınlarına ÖDƏNİŞ EDİLƏCƏK

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə məbləğin bir qismi artıq təqdim edilib.

"Mən bu məsələni araşdırdım, həlak olan altı (Qazaxıstan vətəndaşı) nəfərdən bəzilərinin vərəsələri və ya birbaşa qohumları - onlar artıq bütün ödənişləri alıblar. Təəssüf ki, bəzi hallarda məsələ məhkəmədədir, çünki kimin ödəniş almalı olduğu barədə öz aralarında mübahisə edirlər. Lakin ödənişi həyata keçirməli olan tərəflər əsasən həm Azərbaycan, həm də Rusiya sığorta şirkətləridir. Və onlar ödəniş etməyə hazırdırlar, belə bir qərar olduqda, düşünürəm ki, yaxın vaxtlarda vətəndaşlığından asılı olmayaraq bütün sərnişinlər kimi onlar da eyni təzminatı alacaqlar", - deyə o, Rusiya və Azərbaycan XİN-lərinin kompensasiya məsələlərinin tənzimlənməsi ilə bağlı birgə bəyanatını şərh edərkən qeyd edib.

Chosen
38
2
Ajans.az

4Sources