EN

Müctəba yoxdursa, onu yaratmaq lazımdır: Tehranda "Rəhbər" oyunu

İranın Ali Rəhbəri Müctəba Xameneinin aylardır ictimaiyyət qarşısına çıxmaması və harada olmasının bilinməməsi fonunda ölkə rəsmiləri onun hələ də dövlətin sükanı arxasında olduğu təəssüratını yaratmağa çalışırlar.

Bizim.Media xəbər verir ki, bu barədə regional ekspertlər və media qaynaqları məlumat yayıb.

Ali Rəhbərin səhhəti və harada gizləndiyi barədə şayiələr pik həddə çatdıqdan sonra, Tehran rəsmiləri onun vəziyyəti ilə bağlı ard-arda "yeniliklər" paylaşmağa başlayıblar. Bu kampaniyanın əsas məqsədi Müctəba Xameneinin təkcə sağlam olduğunu deyil, həm də ölkədəki vəziyyətə tam nəzarət etdiyini nümayiş etdirməkdir.
 

Rəsmi bəyanatlar seriyası ilə sübut olunmaq istənilir ki, nüvə proqramı ətrafında gərgin danışıqlardan və Hörmüz boğazının yenidən açılmasından sonra ABŞ ilə əldə oluna biləcək mümkün atəşkəs sazişi barədə son qərarı məhz Xamenei şəxsən qəbul edir.


İran rəsmilərinin Liderin vəziyyəti barədə daha açıq danışmağa məcbur olması həm də daxili təzyiqlərlə bağlıdır. Belə ki, Vaşinqtona güzəştlərin əleyhinə olan ultra-mühafizəkar siyasətçilərin tənqidləri artıb. Digər tərəfdən, hakimiyyət bununla ölkədə real gücün və idarəçiliyin tamamilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçdiyi barədə iddiaları təkzib etməyə çalışır.

Bizim.Media

Chosen
2
14
bizim.media

10Sources