EN

“Zelenski qanlı qəsbkara çevrilib” - Zaxarova

“Yeddi il əvvəl Ukrayna prezidentliyini öz üzərinə götürən Volodimir Zelenski son bir neçə ildə qanlı qəsbkara çevrilib”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Kiyev rejimi Ukrayna Silahlı Qüvvələrinin Rusiyada qadın və uşaqları ovlamasına açıq şəkildə sevinir.

"Bu gün tamamilə aydındır ki, Zelenskinin bütün seçki vədləri kinayəli yalandır və gənc, perspektivli sözdə sülh prezidenti qanlı qəsbkara çevrilib", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
3
missiya.az

1Sources