EN

Kartier: "Bütün dəyişikliklər ən çox ehtiyac olan ərazilərdən başlamalıdır"

“Şəhərlərdə aparılan dəyişikliklər yalnız ətraf mühitə deyil, eyni zamanda insanların sağlamlığına və ümumi həyat keyfiyyətinə də birbaşa müsbət təsir göstərə bilər”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Fəaliyyətdə sağlam və qayğıkeş şəhərlər” adlı sessiyada C40 Şəhər Planlaşdırılması və Dizaynı direktoru Helen Xartier səsləndirib.

O bildirib ki, “Healthy Neighborhood Explorer” platforması vasitəsilə şəhərlərdə müxtəlif göstəricilər ölçülür, məhəllələrin “15 dəqiqəlik şəhər” konsepsiyasına uyğunluğu təhlil edilir və qiymətləndirmə aparılır.

Onun sözlərinə görə, bu sistem şəhər rəhbərlərinə konkret layihələrin həm istixana qazı emissiyalarının azaldılmasına, həm də insanların ömür uzunluğunun artırılmasına və xroniki xəstəlik risklərinin azaldılmasına təsirini hesablamaq imkanı yaradır:

“Xüsusilə kölgələndirmə sahələrinin genişləndirilməsi və ictimai məkanların artırılması kimi sadə şəhərsalma müdaxilələri belə əhalinin sağlamlığına ciddi müsbət təsir göstərir”.

Helen Xartier qeyd edib ki, ictimai məkanlar hər bir məhəllənin “yaşayan otağı” funksiyasını daşıyır və uşaqlar üçün təhlükəsiz, sərbəst hərəkət və oyun mühiti yaradır.

Direktorun sözlərinə görə, inklüziv yanaşma olmadan şəhərlərin dayanıqlı transformasiyası mümkün deyil və bütün dəyişikliklər ilk növbədə ən çox ehtiyac olan ərazilərdən başlanmalıdır.

"Cebheinfo.az"

Chosen
14
cebheinfo.az

1Sources