EN

Daha 30 min sakin doğma yurdlarına qayıdacaq

Bu il daha 30 min nəfərin doğma yurduna qayıtması əsas hədəfdir.

Aktual.az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib

Onun sözlərinə görə, hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:

"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtmağı əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikitinisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik".

Chosen
2
8
ulusum.az

10Sources