Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatları aıqlayıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,8 faiz azalaraq 602,4 min nəfər olmuşdur.
Vətəndaşlarımızın 40,8 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox), 16,8 faizi Rusiya Federasiyasına (1,0 faiz az), 10,8 faizi Gürcüstana (7,1 faiz az), 7,9 faizi İrana (31,4 faiz az), 23,7 faizi isə digər ölkələrə (12,1 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.
2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,7 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.