EN

BMT: Ərazilərin bərpası sistemli transformasiyalar üçün platformaya çevrilməlidir

Bərpa prosesi əvvəlki nizamın sadəcə təkrarlanması deyil, dərin transformasiyalar üçün platformaya çevrilməlidir.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" adlı panel müzakirəsində bildirib.

"Silahlı münaqişələrin təsirinə məruz qalmış ərazilərin bərpası müharibədən əvvəlki vəziyyəti geri qaytarmaq cəhdi kimi deyil, dərin sistem problemlərini aradan qaldırmaq üçün bir fürsət kimi qəbul edilməlidir. Yenidənqurma prosesi çox vaxt özləri münaqişələrin və əhalinin kütləvi şəkildə məcburi yerdəyişməsinin əsas səbəblərinə çevrilən bərabərsizliyin və sosial təcridin müxtəlif formalarının aradan qaldırılmasına yönəldilməlidir", - xüsusi məruzəçi vurğulayıb.

P. Qaviriya həmçinin bərpa prosesinin qeyri-maddi tərkib hissələrinin - insan ləyaqətinin qorunması, sosial həmrəyliyin möhkəmləndirilməsi və əhali ilə dövlət institutları arasında etimadın qurulmasının əhəmiyyətinə diqqət çəkib.

"Onun qənaətinə görə, uğurun əsas meyarı inşa edilmiş binaların sayı deyil, köçkünlərin cəmiyyətə yenidən onun tamhüquqlu və bərabər üzvləri kimi inteqrasiya edə bilib-bilməyəcəyi olmalıdır", - o əlavə edib.

Chosen
37
far.az

1Sources