EN

Yens Stoltenberq: Avropa İttifaqı NATO-nun rolunu yerinə yetirə bilməyəcək

Bakı, 21 may, AZƏRTAC

NATO ABŞ olmadan yaşaya, Avropa İttifaqı isə alyansın rolunu yerinə yetirə bilməz.

AZƏRTAC xəbər verir ki, Norveçin maliyyə naziri və NATO-nun sabiq Baş katibi Yens Stoltenberq bu barədə İsveçin SVT televiziya kanalına müsahibəsində deyib. O, NATO-nun hazırkı formasının ABŞ-siz mövcud olmayacağını vurğulayıb. “Birləşmiş Ştatlarsız NATO təxminən 80 ildir tanıdığımız kimi olmayacaq. Bu, Avropa və ABŞ-nin bütün təhdidlərə qarşı birlikdə mübarizə aparması ilə bağlıdır. Avropa və ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər vasitədən istifadə etmək vacibdir”, - deyə Yens Stoltenberq bildirib.

Analitiklərin sözlərinə görə, NATO-da yaranmış hazırkı böhranının səbəblərindən biri ABŞ-nin Qrenlandiyanı nəzarətə götürmək istəyi ilə bağlıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət öncə Vaşinqtonun NATO siyasətini ciddi şəkildə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, ABŞ-nin “NATO-ya trilyonlarla dollar xərcləməsinə” baxmayaraq, Şimali Atlantika Alyansı İran məsələsində Vaşinqtona dəstək verməyib.

Chosen
16
3
azertag.az

4Sources