EN

 Qız istədi, vermədilər...  

İndi  hər adama qız vermirlər. Ən azından deyirlər ki, oğlanın evi, maşını, işi olmalıdır. Hələ biz başqa şeyləri demirik... Qız evini də qınamalı deyil! Çünki hər bir valideyn arzulayır ki, qızı ailə qurandan sonra xoşbəxt olsun! Amma xoşbəxtlik heç də  evlə, maşınla , pul qazanmaqla ölçülmür.

Yetər ki, hər iki gənc bir- birin sevinsin, anlasın və çətin vəziyyətə dözsün, həyatın sınaqlarında alnı açıq, üzü ağ çıxsın. Bizim gəncliyimizdə hər  cür çətinliyə dözən, illərlə  kirayədə qalan və öz zəhmətləri ilə  sonradan ev alan , xoşbəxt olan o qədər insanlar var ki... Deməli , həyat bir daha təsdiq edir ki, xoşbəxtlik heç də var- dövlətdə deyil; bir - birini sevməkdə və başa düşməkdədır! Bir neçə gün bundan əvvəl kəndimizə gedəndə magistral yolda bizim avtomobildən qabaqda bir faktor gedirdi.

Oğlum Emil dedi ki, ata, gör traktorun arxa hissəsində nə yazılıb. Diqqətlə baxdım və bu sözləri oxudum:" Qız istədim vermədilər, dedilər ki, traktoristsən..." Amma o , traktoru sürən oğlan çox zəhmətkeş , fərasətli oğlan oxşayırdı. Bununla yanaşı, traktor təm- təzə idi və təm- təzə traktoru gəlin kimi bəzəmişdi.Dostum Arif dedi ki, bu traktorun qiyməti 70- 80 min manatdır! Özü də bu traktora hər yerdə ehtiyac var  və yaxşı da pul qazanmaq olar. Və qız vermədiklərinə  ona yazığım gəldi! İnsanlara  puluna, vəzifəsinə görə deyil, insanlığına , adamlığına görə qiymət vermək lazımdır!!!

Emil FAİQOĞLU      

Chosen
21
adalet.az

1Sources