EN

Azad edilmiş ərazilərdə ikitərəfli sayğaclar tətbiq olunur

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bütün yaşayış məntəqələri ən müasir şəhərsalma prinsiplərinə uyğun qurulur və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyaları tətbiq edilir: Ekoloji tarazlığın qorunması, yaşıl zonaların yaradılması, avtomobil istifadəsinin minimuma endirilməsi və tarixi-mədəni irsin qorunması əsas prinsiplər sırasındadır.

E.Hüseynov bildirib ki, yaşayış məntəqələrində günəş panellərinin quraşdırılması, alternativ enerji mənbələrinin tətbiqi və "off-grid" küçə işıqlandırma sistemlərindən istifadə genişləndirilir: "Layihələrin ekoloji tarazlığa riayət olunmaqla yanaşı, insanların büdcəsinə müsbət təsir etməsi bizim üçün ən vacib faktorlardan biridir.

Bu baxımdan biz yaşayış binalarının üzərində günəş panellərinin quraşdırılmasını təmin edirik və ikitərəfli sayğaclardan istifadə edirik. Yeri gəlmişkən deyim ki, Azərbaycanda ilk dəfə ikitərəfli sayğaclar məhz işğaldan azad edilmiş ərazilərdə tətbiq olunur".
Chosen
12
1
azvision.az

2Sources