EN

Rusiya təlimlər çərçivəsində Belarusa nüvə silahlarıÇATDIRDI

Təlimlərin bir hissəsi olaraq, Rusiya silahlı qüvvələri Belarusdakı səhra anbarlarına nüvə silahları çatdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, nüvə təlimləri çərçivəsində nüvə sursatları Belarus Respublikasındakı raket briqadasının yerləşdiyi ərazidəki səhra anbarlarına yerləşdirilib.

Açıqlamada qeyd olunur ki, Belarus raket bölməsinin şəxsi heyəti “İsgəndər-M” əməliyyat-taktiki raket sistemi üçün ixtisaslaşdırılmış sursatların əldə edilməsi, buraxılış qurğularının həmin sursatlarla təchiz edilməsi və gizli şəkildə təyin olunmuş buraxılış mövqeyinə keçid üzrə döyüş hazırlığı keçir.

Aminə ŞAHSUVARQIZI

Chosen
19
redaktor.az

1Sources