EN

“Əgər Azərbaycan vətəndaşı Gürcüstan ərazisinə daxil olub Tiflisdə 1 gün qalacaqsa...”

“Çox sevinməyin ki, qatarla 81 manata Bakıdan Tiflisə səfər edəcəksiniz. Baxmayaraq ki, təxminən 135 manatlıq təyyarə biletinə yaxındır qiymət! Siz hətta ordan Türkiyəyə və ya Kutaisi limanından çox ucuz Avropaya uça biləcəksiniz.Quru sərhədləri açılmır. Açılan dəmiryoludur. Və.... Vəsini də yazım... Gürcüstan hökuməti 1 yanvar 2026-cı ildən etibarən ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün tibbi/səyahət sığortasını məcburi edib. Bu tələb turist, biznes və tranzit səfərlərinə də aiddir.Bu qayda Azərbaycan vətəndaşlarına da şamil olunur”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

O, bildirib ki,  Azərbaycan vətəndaşı Gürcüstana gedərkən sığorta almalıdır:

“Gürcüstana gedən zaman ən azı 30 000 Gürcü larisi (GEL) məbləğində tibbi və qəza sığortası olmalıdır. 30 000 GEL hazırkı kursla təxminən 18–19 min AZN civarındadır. Beləliklə, Gürcüstana 1 həftəlik (7 gün) məcburi səyahət sığortası təxminən 15–25 GEL - yəni təxminən 9–15 AZN edir. 1 aylıq (30 gün) sığorta təxminən 50–90 GEL yəni təxminən 30–55 AZN civarında olur. Əgər Azərbaycan vətəndaşı Gürcüstan ərazisinə daxil olub Tiflisdə 1 gün qalacaqsa, hətta məqsəd Türkiyəyə tranzit keçmək olsa belə sığorta tələb oluna bilər. Çünki siz sərhəddən keçib Gürcüstan ərazisinə daxil olursunuz. Ən sadə məcburi sığorta adətən təxminən 2–5 GELyəni təxminən 1–3 AZN olur. Sığortanın təminatı yenə də minimum: 30 000 GEL tibbi təminat olmalıdır. Yəni Gürcüstana 81 manata bilet alıb ən azı 30 manat da sığorta almalısınız”.

Vasif ƏLİHÜSEYN

Chosen
31
adalet.az

1Sources