EN

“Aston Villa” ilk dəfə Avropa Liqasını qazandı

UEFA Avropa Liqasında final matçı keçirilib.

Msport.az xəbər verir ki, həlledici görüşdə Almaniyanın “Frayburq” komandası İngiltərənin “Aston Villa” kollektivi ilə qarşılaşıb.

Matç İstanbuldakı “Beşiktaş Park” stadionunda baş tutub. Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi oyunda “Aston Villa” “Frayburq” üzərində böyükhesablı qələbə qazanıb – 3:0. Qolları Yuri Tilemans (41), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.

“Aston Villa” ilk dəfə Avropa Liqasının qalibi olub. Komanda 1982-ci ildə Avropa Kubokunu və UEFA Superkubokunu qazanıb. Birminqem klubu 7 qat İngiltərə çempionu, 7 qat İngiltərə Kubokunun və 5 qat Liqa Kubokunun qalibidir.

“Aston Villa” növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Birminqem komandası mayın 30-da Budapeştdə “Arsenal” və PSJ arasında keçiriləcək Çempionlar Liqasının final matçının qalibi ilə UEFA Superkuboku uğrunda görüşdə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İngiltərənin “Tottenhem” klubu olub.

Chosen
15
3
msport.az

4Sources