EN

ADB: Mənzil layihələrinə özəl kapital cəlb etmək üçün risklər azaldılmalıdır

"Mənzil layihələrinə özəl kapital cəlb etmək üçün risklər azaldılmalıdır".

"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Srinivas Sampat deyib.

O bildirib ki, əlçatan mənzil layihələrində milli hökumətlər, şəhər idarəetmələri, inkişaf bankları, özəl sektor və icmaların hər birinin ayrıca rolu var.

Srinivas Sampat qeyd edib ki, şəhər idarəetmələri nəqliyyat, torpaq təminatı və planlaşdırma icazələrinin inteqrasiyasında əsas rol oynayır.

Onun sözlərinə görə, inkişaf banklarının məqsədi məhdud kapitaldan istifadə etməklə daha böyük özəl investisiyaları cəlb etməkdir.

ADB rəsmisi vurğulayıb ki, bunun üçün çoxqatlı maliyyələşmə strukturu yaradılmalı və dövlət, beynəlxalq maliyyə institutları və inkişaf kapitalı özəl sektor üçün riskləri azaltmalıdır.

Srinivas Sampat əlavə edib ki, xeyriyyə fondlarının vəsaiti də ilkin riskləri öz üzərinə götürərək özəl investisiyaların cəlb edilməsinə kömək edə bilər.

Onun sözlərinə görə, dünyada kifayət qədər kapital mövcuddur, lakin bir çox layihə düzgün strukturlaşdırılmadığı üçün bu vəsaitlər layihələrə daxil olmur.

Chosen
32
apa.az

1Sources