EN

Xuan Kabalyero: "Müvəqqəti həllər çox vaxt bahalı və yarımçıq nəticələr yaradır"

“Fəlakətlərin qarşısının alınmasında əsas yol güclü planlama və düzgün tikintidir”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən ‘Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil təminatı’ adlı sessiyada "Build Change" təşkilatının baş icraçı direktoru Xuan Kabalyero səsləndirib.

O bildirib ki, təbii fəlakətlərin qarşısının alınmasında daha yaxşı mühəndislik, planlama, memarlıq və diplomatiya mühüm rol oynayır:

“Yenidənqurma prosesində çox vaxt müvəqqəti sığınacaqlar və keçid həllərinə üstünlük verilir, lakin bu yanaşma həm baha başa gəlir, həm də prosesi uzadır”.

Xuan Kabalyero qeyd edib ki, bir çox hallarda insanlar sonradan yenidən eyni mərhələləri keçməli olur və nəticədə yarımçıq müvəqqəti həllərlə qalırlar.

O vurğulayıb ki, imkan olduqda birbaşa daimi mənzil həllərinə keçmək daha məqsədəuyğundur, hətta bu həlllər tam ideal olmasa belə, zamanla tamamlanması mümkündür.

"Cebheinfo.az"

Chosen
17
cebheinfo.az

1Sources