EN

Əli Əl-Əhməd: Səudiyyə Ərəbistanı beynəlxalq tikinti şirkətlərini mənzil layihələrinə dəvət edib

Səudiyyə Ərəbistanı beynəlxalq tikinti şirkətlərini mənzil layihələrinə dəvət edib.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanı əlçatan mənzil layihələrində iştirak etmək istəyən yerli və beynəlxalq tikinti şirkətləri üçün açıqdır.

Əli Əl-Əhməd qeyd edib ki, ölkə əlçatan mənzil tikintisi üçün subsidiyalaşdırılmış torpaq, infrastruktur və güzəştli kreditlər təqdim edir.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı müxtəlif biznes modelləri və metodologiyalar vasitəsilə beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Səudiyyəli rəsmi bütün podratçı və daşınmaz əmlak şirkətlərini ölkədəki imkanlarla tanış olmaq üçün Səudiyyə Ərəbistanına dəvət edib.

Chosen
28
2
apa.az

3Sources