EN

Mourinyonun Arda barədə qərarı bilindi

“Real Madrid”lə müqavilə imzaladığı deyilən Joze Mourinyonun heyətlə bağlı mövqeyi bəlli olub. Metbuat.az xəbər verir ki, İspaniya mətbuatı Kilian Mbappe və Arda Gülerin yeni layihənin əsas fiqurları olacağını yazıb. Məlumata görə, Mourinyo hər iki futbolçunun komandada qalmasını istəyir. Xüsusilə Arda Gülərin yeni mövsümdə daha vacib rol ala biləcəyi iddia olunur. İddialara əsasən, Vinisius Juniorun isə satışı gündəmə gələ bilər. “Real Madrid”in braziliyalı ulduzun transferindən gələcək gəlirlə heyəti gücləndirməyi planlaşdırdığı qeyd edilir.

Madrid klubunun əsas hədəflərindən birinin “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes olduğu vurğulanır. Mourinyonun daha sərt və balanslı yarımmüdafiə sistemi qurmaq istədiyi bildirilir. Buna görə Orelen Tçuameni və Federiko Valverdenin də komandada önəmli rol oynayacağı iddia edilir.

Chosen
26
metbuat.az

1Sources